Beyləqanda ağır QƏZA: Xəsarət alanlar var, ikisi qardaşdır

  Beyləqanda “LADA” markalı minik avtomobili yoldan çıxaraq aşıb, qəza nəticəsində ikisi qardaş olmaqla 3 nəfər xəsarət alıb. 

Referans.az  xəbər verir ki, hadisə rayonun Birinci Şahsevən ərazində baş verib. 

Qəza zamanı sürücü və sərnişinlər, 1999-cu il təvəllüdlü Həşimov Ülvi Bariz oğlu, 1996-cı il təvəllüdlü Həşimov Elvin Bariz oğlu və 1999-cu il təvəllüdlü Səfərov Məhərrəm Elman oğlu ağır xəsarət alıb. 

Yaralılar Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır./Bizim.Media  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki