Bəylər Eyyubovun general qardaşı oğlu İŞDƏN ÇIXARILDI

Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Həsən Eyyubov vəzifəsindən azad edilib.

Referans Media Unikal-a istinadən xəbər verir ki, bununla bağlı Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov əmr imzalayıb.

Əmrə əsasən, H.Eyyubov təqaüdə göndərilib.

Qeyd edək ki, Həsən Eyyubov Prezidentin Mühafizə Xidmətinin keçmiş rəisi, general-polkovnik Bəylər Eyyubovun qardaşı oğludur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki