Bəzi rayonlara leysan yağacaq – Xəbərdarlıq

  Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında sentyabrın 4-6-da əsasən gündüz saatlarında arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Bu barədə  Referans.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

 Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki