“Bəzi sənət yoldaşlarım mənə aşiq olur”

  “Mənə aşiq olmamaq qeyri-mümkündür. Söhbət gözəllikdən getmir, eyni zamanda səsim, sənətim, insanlığım göz qabağındadır. Bunların hamısı məndə bir-birini tamamlayır”.

Referans.az  xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında müğənni Tacir Şahmalıoğlu deyib.

Müğənni bəzi sənət yoldaşlarının ona aşiq olduğunu vurğulayıb:

“Səsimə və sənətimə aşiq olanlar çoxdur”.

Tacir Şahmalıoğlu duet oxumaq üçün həmin həmkarlarından təkliflər aldığını qeyd edib:

“Amma qəbul etmirəm, gecdir. Vaxtım da yoxdur, işlərim çoxdur. Duet oxumaq üçün vaxt lazımdır. Amma Mətanət Əsədova və Zeynəb Həsənli ilə planlarımız var. İşlər alınsa, onlarla bağlı planlarımızı həyata keçirəcəyik”.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki