Biləsuvar rayonunda bıçaqlanma hadisəsi olub.Referans xəbər verir ki, Biləsuvar şəhəri, Avtovağzal ərazisində qeydə alınıb.
Belə ki, rayonun Ovçubərə kənd sakini, 1980-cı il təvəllüdlü Mikayılov Rüfət Xudaşükür oğlu bıçaqlanıb.
İki bıçaq yarası alan R. Mikayılov rayon xəstəxanasına çatdırılıb.
Onu həmkəndlisinin bıçaqladığı deyilir.
Faktla bağlı araşdırma aparılır./publika.az
