backend

Biləsuvarda qəza: 5 nəfər xəsarət aldı

Biləsuvar-Bəhrəmtəpə magistralında yol-nəqliyyat hadisəsi baş verib.

Referans Media APA-ya istinadla xəbər verir ki, qəza magistralın Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Qoşqulu olan “KamAZ” markalı yük maşını əks istiqamətdə hərəkətdə olan “Mercedes” markalı minik avtomobili ilə toqquşub. Zərbə nəticəsində minik avtomobilində olan şəxslər müxtəlif dərəcəli xəsarətlər alıblar. Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının məlumatına əsasən, xəsarət alan 5 nəfər (3-ü qadın, 2-si kişi) Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Hazırda pasiyentlərin müalicəsi tibb müəssisəsində davam etdirilir. Vəziyyətləri stabil olaraq qiymətləndirilir.

Hadisə şahidlərinin sözlərinə görə, qəzaya səbəb, minik avtomobilinin qarşıdan gələn “KamAZ”ın hərəkət zolağına çıxması olub.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki