Bir ay əvvəl işdən çıxarılmışdı: Yüksək vəzifə verildi

Bir ay əvvəl Respublika Pediatriya Mərkəzinin direktoru vəzifəsindən azad olunan Azər Əhmədova yeni vəzifə verilib.

Referans Media qaynarinfo.az-a istinadla xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

 
Məlumata görə, o, “Universal Hospital”ın Tibb Xidmətləri üzrə direktoru təyin edilib.
Qeyd edək ki, A.Əhmədov mayın 12-də Respublika Pediatriya Mərkəzinin direktoru vəzifəsindən azad olunub.

Həkim daha əvvəl K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda direktor müavini vəzifəsində işləyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki