"Bitcoin" kəskin ucuzlaşdı

İyunun 4-nə keçən gecə keçirilən ticarət zamanı "Bitcoin"in dəyəri 62 min dollardan aşağı düşüb.

Referans Media xəbər veirr ki, bu barədə "Binance" kriptobirjasının məlumatlarında qeyd olunub.

Ticarət məlumatlarına əsasən, bir ara kriptovalyuta 61,4 min dollara satılıb ki, bu da fevral ayının əvvəlindən bəri ən aşağı göstəricidir.

"Alfa-Forex" şirkətinin müştəri dəstəyi və satış departamentinin rəhbəri Aleksandr Şneyderman bildirib ki, "Bitcoin"in dəyəri yaxın vaxtlarda iki dəfə azalaraq 33 min dollara düşə bilər. O, buna əsas səbəb kimi investorların kütləvi şəkildə riskli aktivlərdən imtina etdiyi qlobal "risk-off" rejimini göstərib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki