Kriptovalyuta bazarının ən populyar vahidi olan Bitkoin son günlərdə 3,06 faiz dəyər qazanaraq 68 min 853,8 dollara qədər yüksəlib. Lakin bu artımla bərabər bazarda ciddi risklər də müşahidə olunub.
Referans Media xəbər verir ki, Bitkoinin qiyməti ötən günlə müqayisədə 2 min 41,7 dollar artaraq hazırkı səviyyəsinə çatıb və bazar dəyəri 2,44 trilyon dollara yüksəlib.
Qiymət artımının əsas səbəbi kimi ABŞ Prezidenti Donald Trampın İrana qarşı verdiyi bəyanatlar göstərilib. Bu açıqlamalar bazarda gərginlik yaratsa da, rəqəmsal valyutaya olan tələbi artırıb.
Hazırda maliyyə dairələrində Bitkoinin gələcək taleyi müzakirə olunur. “Bloomberg Intelligence”ın analitiki Mayk Makqlon xəbərdarlıq edib ki, əgər Bitkoin 75 min dollar səviyyəsində qala bilməsə, qiymətlər kəskin şəkildə enərək 2020-ci ilin göstəricilərinə, yəni 10 min dollaradək geriləyə bilər.























