“Biz direktorları yaxşı müəllimlərdən seçəcəyik”

  “Biz direktorları yaxşı müəllimlərdən seçəcəyik”.

 Referans.az   xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən media brifinqində deyib.

Nazir qeyd edib ki, məktəb balacadırsa, yəni şagird sayı 500-dən azdırsa, heyət arasında yüksək sertifikatlaşdırma balı olan, yaxşı müəllim seçiləcək:

“Böyük məktəblərdə isə direktor olmaq istəyən heç olmasa, direktor müavini kimi fəaliyyət göstərməlidir. Müəllimlər üçün kariyera pilləkəni düzəltmək istəyirik. İndi bu sistemə başlasaq, 2035-ə yekunlaşdıra bilərik”.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki