BMT Baş Assambleyasının 80-ci sessiyası öz işinə başladı

  BMT Baş Assambleyasının 80-ci sessiyası öz işinə başlayıb.Sessiya “Birlikdə daha yaxşı: 80 il və daha çox sülh, inkişaf və insan hüquqları naminə” mövzusuna həsr olunub. Sessiyanın prezidenti Almaniyanın keçmiş xarici işlər naziri Annalena Berbokdur. Yüksəksəviyyəli debatlar sentyabrın 23-ü başlayacaq.

Qeyd edək ki, bu gün 79-cu sessiya rəsmi olaraq fəaliyyətini başa vurub. Əsas qətnamələrin qəbulu da daxil olmaqla, sessiyanın əsas işi sentyabrın 5-də yekunlaşıb. Sessiya 2024-cü ilin sentyabrından başlayaraq bir il müddətinə fəaliyyət göstərib.//Publika.az   


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki