BMT-də Qəzza və Ukraynadakı vəziyyət müzakirə ediləcək

  BMT Təhlükəsizlik Şurası sentyabrın 23-də Baş Assambleyanın 80-ci sessiyasının yüksək səviyyəli həftəsinin ilk günündə Qəzza və Ukrayna ilə bağlı iki mühüm iclas keçirəcək.

Referans xəbər verir ki, bu barədə sentyabr ayında Təhlükəsizlik Şurasına sədrlik edən Cənubi Koreyanın BMT-dəki Daimi Nümayəndəliyi məlumat yayıb.

Məlumata görə, əvvəlcə “Yaxın Şərqdə vəziyyət, o cümlədən Fələstin məsələsi” mövzusunda Qəzza ilə bağlı brifinq keçiriləcək. Ardınca isə “Ukraynada sülh və təhlükəsizliyin qorunması” mövzusunda iclas təşkil olunacaq.

Hər iki tədbirin yüksək səviyyəli nümayəndələrin iştirakı ilə keçirilməsi gözlənilir.  /globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki