BMT-dən Ukrayna ilə bağlı təəccüblü bəyanat: Biz atəşkəsə yaxın…

BMT-nin Ukrayna üzrə humanitar koordinatoru Matthias Schmale, Ukraynada müharibənin davam etdiyini bildirib: “Atəşkəsə yaxın olduğumuzu hiss etmirik”.

Referans Media xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Ukrayna üzrə humanitar koordinatoru Matthias Schmale Nyu-Yorkda BMT-nin mənzil-qərargahında mətbuat konfransı keçirib.

Ukraynadakı müharibənin səngimədən davam etdiyini qeyd edən Şmale, artan dağıntılar və qış şəraitinin humanitar riskləri artırdığını bildirib. “Biz atəşkəsə yaxın olduğumuzu hiss etmirik” deyən Schmale, müharibədən zərər çəkmiş bölgələrə tez-tez səfər etdiyinə deyib. “Döyüş səngimədən davam edir və həqiqətən ciddi dağıntılar var”.

Şmale qarşıdan gələn qış və münaqişələr zamanı enerji infrastrukturunun potensial hədəfə alınacağını vurğulayıb. Şmale Ukraynanın ənənəvi münaqişələrdən kənara çıxan “getdikcə daha çox texnologiya müharibəsi” yaşadığını bildirib: “Pilotsuz uçuş aparatları (PUA) müharibələri  inanılmaz bir hala gətirib çıxarıb. Mən hərbi mütəxəssis deyiləm, amma bunu əyani şəkildə görürəm.”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki