BMT İrana 12 milyon dollar ayırır

Birləşmiş Millətlər Təşkilatı (BMT) İrana humanitar yardım üçün 12 milyon dollar ayırır.

Referans Media xəbər verir ki, bu barədə BMT-nin humanitar məsələlər üzrə rəhbəri Tom Fletçer sosial media hesabında məlumat verib.

O, İsrail və ABŞ-ın müharibə zamanı vurduğu ziyana toxunaraq bildirib: “Minlərlə mülki şəxs həlak olub. İnfrastruktur dağılıb. Kritik xidmətlər pozulub. Bu maliyyələşdirmə tərəfdaşlarımıza genişmiqyaslı və həyati əhəmiyyətli yardım göstərməyə kömək edəcək”.//Teleqraf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki