BMT-nin baş katibi ABŞ-İran razılaşmasının elan edilməsini alqışlayır


Antonio Quterreş Birləşmiş Millətlər Təşkilatının davamlı və hərtərəfli sülhə nail olmaq üçün tərəfləri dəstəkləməyə hazır olduğunu bir daha təsdiqləyir

Referans MEDİA BMT-nin Baş katibi Antonio Quterreş ABŞ və İran arasında əldə edilən razılaşmanın elan edilməsini münaqişənin həlli istiqamətində atılan vacib addım kimi qiymətləndirib. Bu barədə Quterreşin ofisi tərəfindən yayılan bəyanatda bildirilir.

BMT baş katibinin sözçüsünün açıqlamasında deyilir: "Baş katib ABŞ və İranın dərhal və daimi atəşkəsi, Hörmüz boğazının yenidən açılmasını, eləcə də gələcək danışıqlar üçün çərçivəni nəzərdə tutan sülh sazişi barədə razılığa gəldiklərinin elanını alqışlayır. Bu, münaqişənin sülh yolu ilə həlli istiqamətində mühüm addımdır"


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki