Suriyanın azad olmasının birinci ildönümündə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT TŞ) nümayəndələri paytaxt Dəməşqə rəsmi səfər edəcək.
Referans Media xəbər verir ki, bu barədə Suriyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumta görə, BMT TŞ heyəti dekabrın 8-də – Suriya tərəfindən Milli bayram elan edilən gündə Dəməşqi ziyarət edəcək.
14 illik fasilədən sonra baş tutacaq bu ziyarətin beynəlxalq ictimaiyyətin “yeni Suriya”ya verdiyi dəstəyi və ölkənin yenidən qurulması, suverenliyinin gücləndirilməsi, sabitliyin təmin edilməsi prosesinə bağlılığını göstərdiyi ifadə olunub./publika.az
