image-d3d452bf-eb8b-4bdc-aac4-f30f1f822626backend

Bölgədə Rusiya bayrağı qaldırıldı: Ərazinin müstəqilliyi tanınır

Rusiya və Şimali Koreya nəqliyyat əlaqələrinin gücləndirilməsi istiqamətində mühüm addım atıb.

Bu barədə “Bloomberg” məlumat yayıb. Qeyd olunub ki, iki ölkə sərhədində, Tumannaya çayı üzərində inşa edilən avtomobil körpüsünün üst quruluşunun birləşdirilməsi mərhələsi başa çatıb.

Mərasim zamanı körpünün yerləşdiyi əraziyə Rusiya bayrağı sancılıb və bu keçidin iki ölkə arasında müstəqil avtomobil bağlantısı kimi tanınacağı bildirilib.

Layihə sərhəd infrastrukturunun inkişafında vacib element hesab olunur. Yeni körpü indiyədək məhdud olan birbaşa avtomobil əlaqəsini genişləndirəcək, logistika imkanlarını artıracaq və yük daşımalarını sadələşdirəcək./globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki