image-avtobusbackend

Bu avtobusun hərəkət sxemi dəyişdirilir

Sabahdan 83 nömrəli müntəzəm avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir.

Referans Media xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) məlumat yayıb.

Bildirilib ki, Biləcəri qəsəbəsindən Təbriz küçəsi istiqamətində fəaliyyət göstərən 83 nömrəli müntəzəm marşrutun sxeminin dəyişdirilməsi ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə daxil olan müraciətlər nəzərə alınaraq, avtobusların hərəkətinin Biləcəri qəsəbəsi Məmməd Səid Ordubadi və Asəf Zeynallı küçələrinin kəsişməsində yerləşən dairəyədək uzadılması məqsədəuyğun hesab edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki