image-teqvimmmbackend

Bu ay 13 gün iş olmayacaq – TARİXLƏR

İyunda vətəndaşları bir sıra ardıcıl bayram və istirahət günləri gözləyir.

Referans xəbər verir ki, təqvimə əsasən, iyunun 6 və 7-si Qurban bayramı münasibətilə qeyri-iş günləri elan olunub. 7 iyun şənbə gününə düşdüyündən, Əmək Məcəlləsinin müvafiq maddələri və Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq, beşgünlük iş rejimində çalışanlar üçün 9 iyun (bazar ertəsi) də istirahət günü olacaq.

Beləliklə, Qurban bayramı ilə əlaqədar ölkə vətəndaşları 4 gün – 6-dan 9 iyuna qədər fasiləsiz istirahət imkanı əldə edəcəklər.

İyunda digər rəsmi bayramlar da mövcuddur. 15 iyun – Milli Qurtuluş Günü bazar gününə təsadüf etdiyindən, bu münasibətlə 16 iyun tarixi də əlavə qeyri-iş günü kimi müəyyən olunub. Ayın sonunda isə 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə daha bir istirahət günü vətəndaşların ixtiyarında olacaq.

Ümumilikdə, iyun ayında istirahət günlərinin sayı artaraq 13-ə çatacaq. Bu günlərə şənbə və bazar günləri də daxildir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki