Astroloqlar bu gün üçün xüsusi və narahatedici xəbərdarlıq yayıblar. Planetlərin gərgin düzülüşü bəzi bürclər üçün qəza, mübahisə, uğursuzluq və gözlənilməz problemlər vəd edir. Mütəxəssislər bildirir ki, aşağıdakı bürclərin nümayəndələri mümkün qədər evdən çıxmamalı, riskli qərarlardan uzaq durmalıdır.
Referans Media bu gün çölə çıxmaması tövsiyə olunan bürcləri təqdim edir:
Qoç
Bu gün əsəbləriniz tarım çəkilib. Yol qəzaları, mübahisələr və ani qərarlar sizi çətin vəziyyətə sala bilər. Ev rejimi tövsiyə olunur.
Xərçəng
Enerji düşüşü və neqativ təsirlər güclüdür. Xüsusilə axşam saatlarında xoşagəlməz xəbərlər və emosional sarsıntı riski var.
Qız
Planlar alt-üst ola bilər. İşdə və küçədə anlaşılmazlıqlar, itkilər və gecikmələr gözlənilir. Bu gün sakit qalmaq ən yaxşı seçimdir.
Oxatan
Tələsik addımlar ciddi problemlərə səbəb ola bilər. Astroloqlar uzun yol və izdihamlı yerlərdən uzaq durmağı məsləhət görür.
Balıqlar
Aldadılma və yanlış anlaşılma riski yüksəkdir. Tanımadığınız insanlarla ünsiyyət və çöldə vacib görüşlər təhlükəli nəticələr verə bilər.























