Qarabağ zəfəri ilə bağlı film nə zaman çəkiləcək?

44 günlük Vətən Müharibəsindən artıq 5 il keçməsinə baxmayaraq Qarabağ zəfəri ilə bağlı yaxşı əsərlər, filmlər niyə çəkilmir? Bu istiqamətdə hansı addımlar atılmalıdır?Mövzu ilə bağlı STM Mətbuat xidmətinin rəhbəri Əziz Əlibəyli Referans’a açıqlamasında bildirib ki, bu təəssüfləndirici məqamdır, amma haqq qazandırmaq kimi də yox, əslində ən böyük filmi obrazlı şəkildə Ali baş komandan və bizim əsgər-zabitlərimiz çəkdi, lakin o faktlaşdırılma, böyük ehtimal datalar mövcuddur. Yəni o dönəmdə döyüş, müharibə səhnələri, onun sentimental, emosional anları mütləq şəkildəki var. Sadəcə ideoloji uzun bir period, söhbət bəlkədə 300 ildən gedir, identifikasiya problemi yaşamış bir xalqıq və son 5 ildir – qalibiyyətdən sonra onun özünü dərk eləmə dövrünə ki, qədəm qoyulub buna da bağlıdır. Cəmiyyət olaraq sosial-psixoloji qayğılardan, müstəvidən hələki qurtula bilmirik. Bu da bir spesifik cəmiyyət problemidir, keçilməli yoldur, yaşanılmalı çətinliklərdir. Bunlar təkcə Azərbaycan xalqına da məxsus deyil. Xalqca, dövrcə, bəlli bir epoxaca real azadlıqdan sonra müəyyən məsələləri yaşamaq lazımdır.

“Mən əvvəldə bu fikirdə idim ki, bəli dərhal çəkmək lazımdır. Amma zaman keçdikdə bu fikirlə daha çox razılaşıram. Ki ideoloji baza möhkəmlənməlidir. İllər keçdikcə zəfərin mənası anlaşılır, mahiyyəti başa düşülür və bu böyük xalq olmaq yolunda dövri prosesləri yaşamaq üçün bir zamana ehtiyac yaranır. Bu daha çox oturuşmuş ideoloji baxış verir, bu özündən sonra milli kimlik formalaşdırır. O milli kimlikdə qürurlu, müharibəni qazanmış xalqın övladı da gəlib bu filmləri çəkməlidir. Lakin ona qədər film bazarında olan şəxlsərin qalibiyyət filmi çəkməsi mənə açığı qeyri-real görünür. Bu filmi yeni nəsil çəkəcək”, – deyə Əziz Əlibəyli qeyd edib.

Məmmədov HüseynReferans.az  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki