Bu ərazidə yaşayanların NƏZƏRİNƏ – Saat 11:00-dan etibarən…

  Sumqayıt şəhərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

“Azəriqaz” İB Sumqayıt QİS-dən Referans.az-a bildirilib ki, şəhərin Yaşıl Dərə yaşayış massivində, 39 nömrəli marşrut xəttinin yaxınlığında yerləşən 57 millimetrlik qaz xəttində sızma aşkar edilib.

Təmir-bərpa işlərinin aparılması ilə əlaqədar bu gün saat 11:00-dan etibarən, ərazidəki 1000 abonentin qaz təchizatı dayandırılacaq.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki