Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Trampın Budapeştdə keçirilməsi planlaşdırılan görüşü Ukraynada sülhün əldə olunması üçün mühüm imkanlar yarada bilər.
Referans.az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya-Amerika sammitinə ev sahibliyi etməyə hazırlaşan Macarıstanın Baş naziri Viktor Orban məlumat verib.
“Bu gün Macarıstan Avropada ABŞ-Rusiya danışıqlarının nəhayət sülhə gətirib çıxarmaq üçün ciddi şansa malik olduğu ölkədir”, – Orban sosial şəbəkə hesabında yazıb.
Macarıstan lideri bildirib ki, Brüssel özünü sülh prosesindən təcrid edib, lakin Budapeşt sülhməramlı səylərini davam etdirməyə hazırdır.
“Biz illərdir ardıcıl və israrla sülh işini müdafiə etmişik. Qarşıdurma əvəzinə əməkdaşlıq, damğalamaq əvəzinə qarşılıqlı hörmət bu, sülhə gedən yoldur”,-deyə o əlavə edib.
Xatırladaq ki, oktyabrın 16-da Vladimir Putinlə telefon danışığından sonra ABŞ prezidenti Donald Tramp tezliklə Budapeştdə görüşməyə razılaşdıqlarını açıqlayıb.
