Bu halda cəriməniz silinə bilər — Sürücülərin DİQQƏTİNƏ!

  Sürücüləri ən çox narahat edən məsələ cərimələr,onların ödənilməsi və silinməsi mövzusudur.

Praktikada yazılmış  cərimələrin  sonradan silinməsi  halları da var. Ancaq bunun da əsası olmalıdır.

 Bəs,hansı halda  cərimə  silinə  bilər?

Referans.az  xəbər  verir   ki,  mövzu  ilə  bağlı  danışan  nəqliyyat üzrə ekspert Elməddin  Muradlı  bildirib  ki, sürücü hər hansı bir  qəzanın  baş verməməsi  məqsədi ilə   bilməyərəkdən qaydanı pozubsa,yazılan cərimə silinə bilər.

Bunun üçün vətəndaş Baş Dövlət Yol Polisi İdarəsinə müraciət etməlidir. Əsaslandırmalıdır ki,qəzadan  yayınmaq  üçün  zəruri bir vəziyyət yaranıb.İnzibati Xətalar Məcəlləsinin   son zərurət maddəsi (Red-18-ci maddə)  tətbiq olunmaqla  yazılmış  cərimə  protokoluna  xitam verilə bilər.Çünki,vətəndaş bilərəkdən qaydanı pozmayıbsa,bu halda  cərimə silinməlidir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki