Bu il ölkədə 26 min 240,8 ton kolbasa istehsal edilib

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 26 min 240,8 ton kolbasa məmulatları istehsal edilib.

Referans MEDİA Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3,8 % çoxdur.

Noyabrın 1-nə ölkədə 18,3 ton hazır məhsul ehtiyatı yaranıb ki, bu da 1 il əvvələ nisbətən 2,9 dəfə azdır.

Hesabat dövründə Azərbaycanda 4 milyard 191,4 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da illik müqayisədə 9,5 % çoxdur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki