Bu ildən tədris digər dillərdə olan siniflərdə “Azərbaycan tarixi” Azərbaycan dilində tədris ediləcək

  2025-2026-cı tədris ilindən ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan V-VI siniflərində “Azərbaycan tarixi” fənni Azərbaycan dilində tədris ediləcək.

Referans  xəbər verir ki, bu, elm və təhsil naziri Emin Əmrullayevin ümumi təhsil müəssisələrinin 2025-2026-cı tədris ili üçün tədris planlarının təsdiqi barədə imzaladığı əmrdə öz əksini tapıb.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki