Bu küçədə sərnişin mindirib-düşürənlər cərimələnməyəcək – FOTO

Həsən Əliyev küçəsində mövcud küçə parklanma yerinin bir hissəsi ləğv olunaraq yaxınlıqda yerləşən sosial xidmət və tibb müəssisələrinə gələnlər üçün əlavə şərait yaradılıb. 

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Referans Media-ya bildirilib ki, ərazidə “3.28” – “durmaq qadağandır” yol nişanı quraşdırılmaqla minib-düşmə yeri təşkil olunub.

Eyni zamanda “5.14” – “minik taksilərinin duracaq yeri” yol nişanı yerləşdirilməklə taksilərin sərnişinləri düşürmələri üçün şərait yaradılıb.

 

 Bu küçədə sərnişin mindirib-düşürənlər CƏRİMƏLƏNMƏYƏCƏK


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki