Bu ölkə Ukraynaya 100 milyon ayırdı 

Belçika hökuməti ABŞ-dən Ukraynaya silah alınması üçün 100 milyon avro ayırıb.

Referans xəbər verir ki, bu barədə Belçikanın xarici işlər naziri Maksim Prevo Kopenhagendə Avropa İttifaqı xarici işlər nazirlərinin qeyri-rəsmi görüşünə gələrkən bildirib.

“Belçika hökuməti Ukrayna üçün ABŞ-dən silah alınması proqramına 100 milyon avro ayırıb”, – deyə nazir qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki