ABŞ İranda artan təhlükəsizlik risklərini əsas gətirərək ölkədə olan vətəndaşlarına İranı dərhal tərk etmələri barədə çağırış edib. Tehrandakı Virtual Səfirlik ABŞ vətəndaşlarından hökumətin köməyinə bağlı olmadan ölkədən çıxış planı hazırlamalarını istəyib.
Referans Media xəbər verir ki, yolların bağlandığı, internet və rabitənin məhdudlaşdırıldığı, uçuşların ləğv edildiyi bildirilib. İrandan ayrıla bilməyən şəxslərə evdə və ya təhlükəsiz məkanda qalmaq, ərzaq, su və dərman ehtiyatı yaratmaq tövsiyə olunub. Təhlükəsiz olduğu halda quru yolu ilə Türkiyə və ya Ermənistana keçmək də mümkün variant kimi göstərilib.
