Bu ölkədə 6,2 bal gücündə zəlzələ baş verdi

  Solomon adalarında Santa Kruz arxipelaqının sahillərində 6,2 maqnitudada zəlzələ qeydə alınıb.Referans xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, təbii fəlakətin episentri Vanuatu Respublikasına aid olan və təxminən 1,1 min insanın yaşadığı Sola şəhərindən 289 km şimal-qərbdə, ocağı təxminən 53 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami xəbərdarlığı verilməyib.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki