Bu paltarlar sizi xəstə edə bilər – DİQQƏT! 

Bəzi növ geyimlərin tərkibi və istifadəsindəki yanlış vərdişlər səbəbindən sağlamlıq üçün ciddi təhlükə yarana bilər. 

Referans xəbər verir ki, xüsusilə sintetik materiallardan hazırlanan və düzgün yuyulmayan paltarlar allergiya, dəri qıcıqlanması və hətta nəfəs yolları problemlərinə gətirib çıxara bilər.

Polyester, akril və naylon kimi materiallardan hazırlanan paltarlar dərinin hava almasına imkan vermir.

Mütəxəssislər bildirir ki, bu cür parçalar:

Dəridə qaşınma və səpkilər yaradır

Həddindən artıq tərləməyə səbəb olur

Göbələk infeksiyalarının yaranmasını sürətləndirir

Mağazalarda geyimlər bir çox insan tərəfindən sınaqdan keçirildiyi üçün mikrob və bakteriya daşıma riski yüksək olur.

İlk yuyulmadan geyinilən paltarlar:

Dəri infeksiyalarına

Allergik reaksiyalara

Tənəffüs problemi yarada bilən kimyəvi qoxulara səbəb ola bilər

Həddindən artıq dar geyimlər qan dövranını zəiflədir, sinirlərə təzyiq edir və bel-boyun ağrılarını artırır.

Xüsusilə dar şalvarlar və sintetik corablar infeksiya riskini yüksəldir.

Bu geyimlər tərkibində allergik kimyəvi maddələr daşıya bilər.

Dəri ilə uzunmüddətli təmas:

Kontakt dermatit

Kimyəvi qıcıqlanma

Həssas bölgələrdə səpkilər yaradır

Mütəxəssislər sağlamlıq üçün aşağıdakı məsləhətləri verirlər:

Sintetik parçalardan mümkün qədər az istifadə edin

Yeni paltarları mütləq yuyub sonra geyinin

Geyim seçərkən pambıq və təbii materiallara üstünlük verin

Dar geyimlərdən gündəlik istifadə etməyin

Tünd rəngli ucuz paltarlara diqqətlə yanaşın

Düzgün geyim seçimi həm dərini qoruyur, həm də orqanizmin ümumi sağlamlığına müsbət təsir göstərir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki