Bu rayonda zəlzələ oldu

İsmayıllı seysmoloji stansiyasından 17 kilometr şimal-qərbdə – İsmayıllı rayonunda zəlzələ qeydə alınıb.

Referans Media xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, maqnitudası 3, 2 olan zəlzələ yerli vaxtla saat 17:54-də qeydə alınıb.

Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, zəlzələ ocağının dərinliyi 18 kilometr olub. Yeraltı təkanlar hiss edilməyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki