Bu rayonlarda yaşayanların DİQQƏTİNƏ: Qar üçün tarix verildi

Meteorologiya Xidməti yeni xəritə yayımlayıb. Bu həftə üçün xəbərdarlıqlar edilib. Hava xeyli soyuyub, temperaturun bir neçə dərəcə aşağı düşəcəyi gözlənilir. Qar, leysan və soyuq hava ölkəni tamamilə bürüyəcək. Bir çox şəhərdə qar yağacağı ehtimal edilir və vətəndaşlara bazar və bazar ertəsi günləri üçün xəbərdarlıq edilib.

Referans MEDİA xəbər verir ki, Türkiyə Dövlət Meteorologiya Xidmətinin proqnozlarına görə, ölkə daxilində hava şəraitinin çox buludlu olacağı gözlənilir. Mərkəzi və şərqi Aralıq dənizi bölgələrində, Cənub-Şərqi Anadoluda, Antalya, Karaman, Aksaray, Niğde, Nevşehir, Kayseri, Sivas, Samsun, Amasiya, Tokat, Malatya, Tunceli və Elazığ ətrafında leysan və şimşək çaxacağı gözlənilir. Səhər və gecə saatlarında şərqi Mərmərə bölgəsində, daxili və şərq bölgələrində duman gözlənilir.

Havanın temperaturunun qərb və daxili ərazilərdə mövsümi normada, digər ərazilərdə isə mövsümi normadan yüksək olacağı gözlənilir. Ümumiyyətlə cənubdan mülayim və orta mülayim küləyin əsəcəyi gözlənilir.

Meteorologiya Xidməti çərşənbə günü Şərqi Anadolu bölgəsi üçün qar yağışı xəbərdarlığı edib. Ağrı və Ərzurum kimi vilayətlərdə temperatur gecə -3 dərəcəyə qədər düşəcək. Eyni zamanda Şərqi Qara dəniz bölgəsində bəzi yerlərdə leysan xarakterli yağış yağacağı gözlənilir. Cümə axşamı günü qərb bölgələrində havanın parçalı buludlu, az yağışlı keçəcəyi, Şərqi Anadolunun şimal-şərqində isə zəif qar yağışının təsirini davam etdirəcəyi gözlənilir. Cümə günü Şərqi və Cənub-Şərqi Anadoluda ildırım çaxacağı, qərbdə və daxili bölgələrdə isə buludlu hava şəraiti hökm sürəcəyi gözlənilir.

İstanbulda həftə boyu ümumiyyətlə yağışlı və dəyişkən buludlu hava şəraiti müşahidə olunacaq. Ankarada həftənin əvvəlindən havanın temperaturu enəcək, bazar günü 5 dərəcə olacaq. İzmirdə havanın temperaturunun həftə ərzində 14-20 dərəcə arasında olacağı, arabir  yağış yağacağı gözlənilir.

Xüsusilə bazar və bazar ertəsi günləri qar yağışı şimal və daxili bölgələrə təsir edəcək, soyuq hava isə xüsusilə İstanbul və Ankarada qar yağması ilə hiss olunacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki