Bu rayonunun bəzi ərazilərində qaz olmayacaq

  Bu gün Nərimanov rayonunun bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq.

“Azəriqaz”dan “Referans.az-a  verilən məlumata görə, Nərimanov rayonu, H.Əliyev prospekti ilə Ə.Əliyev küçəsinin kəsişməsində aparılacaq təmir işləri ilə əlaqədar 04.09.2025-ci il tarixdə saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

 “Təmir işləri aparılan müddətdə H.Əliyev prospektində, A.M.Cümə, N.Hacıyev, Ə.Əliyev, A.Nemətulla, O.Əliyev və Məmmədov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq”, – məlumatda qeyd olunur.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki