Bu şəxslərə 900 manat veriləcək – SİYAHI

  Peşə təhsili müəssisəsində təşkil olunacaq institusional akkreditasiyanın qiymətləndirilməsinə başlanılır.

Referans.az  bildirir ki, iqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) bununla bağlı hazırlıqlar işlərini başa çatdırıb.

Agentlik qiymətləndirilmə ilə bağlı ümumilikdə 6 müəllimlə müqavilə bağlayıb.

Müqavilələrə əsasən, peşə təhsili müəssisəsində təşkil olunacaq institusional akkreditasiyanın qiymətləndirilməsi işlərinə cəlb olunmuş aşağıdakı müəllimlərə qeyd olunan məbləğdə pul veriləcək:

1) İmanova Sevil Novruz qızı – 900 manat,2) Muxtarov Ramil Məmməd oğlu – 750 manat,3) Kərimova Aynur Allahverən qızı – 750 manat,4) Muradlı Gültəkin Fəzail qızı – 750 manat,5) İsrafilov Əlzamin Rəhman oğlu – 750 manat,6) Vəliyev Ceyhun Amin oğlu – 750 manat.

Xatırladaq ki, TKTA ali təhsil müəssisəsində təşkil olunacaq institusional akkreditasiyanın qiymətləndirilməsi işlərinə cəlb olunmuş 36 müəllimə isə 1175-1300 manat məbləğində vəsait ödəyəcək.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki