Azərbaycanda bəzi kateqoriyalardan olan şəxslərə əmlak vergisində güzəştlər edilir.
Referans Media “Oxu24.com”a istinadla xəbər verir ki, Vergi Məcəlləsinin 199.3-cü maddəsinə görə, bina icarəyə verilmirsə və sahibkarlıq məqsədi ilə istifadə olunmursa, 102.2-ci maddədə göstərilən şəxslərin, həmçinin pensiyaçıların, müddətli hərbi xidmət hərbi qulluqçularının və onların ailə üzvlərinin ödədiyi əmlak vergisi 30 manat azaldılır:
1. Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarının;
2. Azərbaycan Respublikasının Milli Qəhrəmanlarının;
3. Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanlarının;
4. həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının;
5. 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallar ilə təltif edilmiş şəxslərin;
6. qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin;
7. Çernobıl AES-də qəza, mülki və ya hərbi təyinatlı atom obyektlərində digər radiasiya qəzaları nəticəsində, habelə nüvə qurğularının hər hansı növləri, o cümlədən nüvə silahı və kosmik texnika ilə bağlı olan sınaqlar, təlimlər və başqa işlər nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslərin.
