image-manat_2024-2backend

Bu şəxslərə yüksək pensiya verilir – Şok rəqəm

Deputat İsa Həbibbəylinin aylıq gəliri ilə bağlı məlumat cəmiyyətdə rezonans doğurub. Belə ki, sabiq millət vəkili Etibar Əliyevin iddiasına görə, İ.Həbibbəyli 8 min manat deputat təqaüdü, 4080 manat maaş, akademik adına görə isə 2 min manat ödəniş alır.

 

Bu rəqəmlər realdırmı? Azərbaycanda deputatlar nə qədər pensiya və maaş alır?

Globalinfo.az-a danışan iqtisadçı Əkrəm Həsənovdeyib ki, İsa Həbibbəylinin AMEA prezidenti və akademik kimi yüksək məbləğdə maaş alması təbiidir:

“Deputat təqaüdü onun maaşının müəyyən hissəsi qədər ödənilir və bu, kifayət qədər böyük bir məbləğdir. Qeyd olunan rəqəmlərin real olması mümkündür. Bu, qanuni ödənişdir. Lakin dəfələrlə demişəm ki, deputat və bir sıra şəxslərin həm maaşı, həm də təqaüdü çoxdur. Bu sıraya hakimləri də əlavə etmək olar. Düzdür, onların əməkhaqqısı çox olmalıdır ki, rüşvət almasınlar. Amma deputatlar nə iş görürlər?”

İqtisadçı millət vəkilləri və ümumilikdə AMEA ilə əlaqəli ictimai qınaqları haqlı hesab edib:

“Azərbaycanda son dövrdə hansı elmi nailiyyət olub? Yəni bu şəxslərin yüksək maaş və təqaüd alması qanuni olsa da, doğru yanaşma deyil. Fəaliyyətləri qənaətbəxş hesab olunmur”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki