BU şəxslərin nəzərinə   – TƏHLÜKƏ VAR

  Birləşmiş Krallıqda aparılan araşdırma göstərir ki, ilk dəfə ata olan kişilər, körpələrinin doğumundan sonraki ilk min gün ərzində analara nisbətən daha yüksək intihar riski ilə üzləşirlər. 

Referans.az  xarici mediaya istinadən xəbər verir ki, Svansea Universitetinin tədqiqatına görə, 2002–2021-ci illərdə Uelsdə körpələrinin ilk min günündə 107 ata intihar etmiş, analar arasında isə bu rəqəm yalnız 16 olmuşdur. 

Alimlər vurğulayırlar ki, bu rəqəmlər sadəcə statistika deyil, hər biri real insan həyatı deməkdir. Tədqiqatın nəticələrinə görə, xüsusilə ilk dəfə ata olan və sosial-iqtisadi cəhətdən çətin bölgələrdə yaşayan kişilər yüksək risk altındadır.

Hazırda yalnız hamilə qadınlar və yeni analar üçün xüsusi ruhi sağlamlıq xidmətləri mövcuddur. Tədqiqatçılar bildirir ki, ata olanların bu sistemin tam kənarında qalması ciddi problem yaradır və hökumətlər üçün xəbərdarlıq xarakteri daşıyır.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki