image-usaq-5backend

Bu uşaqların hər birinə görə 140 manat verilir

Hazırda Azərbaycanda beşdən çox uşağa görə 2 898 nəfər qadın sosial müavinət alır.

Referans Media  xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.

Qeyd olunub ki, qanunvericiliyə görə beşdən çox uşaq doğub tərbiyə edən qadınlara, uşaqların sağ olması şərti ilə bu hüququn yaranmasına səbəb olmuş uşağın 1 yaşına çatdıqda təyin olunur.

Müavinətin məbləği hər uşaq üçün 140 manat təşkil edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki