Bülent Ersoy iftar dəvətində geyimi ilə diqqət çəkdi

Türk musiqisinin tanınmış siması Bülent Ersoy, Ramazan ayını hər il xüsusi həssaslıqla keçirdiyini bildirib.

Referans Media xəbər verir ki, sənətçi qatıldığı iftar dəvətində zərifliyi və seçimi ilə diqqət mərkəzinə çevrilib.

27 ildir hər Ramazan ayında oruc tutduğunu deyən Diva, tədbirə baştan-ayağa ağ tonların üstünlük təşkil etdiyi geyimdə qatılıb. Zərif detallarla tamamlanan kombin qonaqların böyük marağına səbəb olub.

İftardan sonra çəkilən fotolar Bülent Ersoyun məsləhətçisi Arzu Acay tərəfindən sosial şəbəkədə paylaşılıb. Acay paylaşımına zarafatla: “Divamı zorla məcbur etdim” şərhini əlavə edib.

Fotolarda Bülent Ersoyun şən və enerjili görüntüsü diqqət çəkib. Sənətçinin həm Ramazan ayına göstərdiyi həssaslıq, həm də iddialı üslubu yenidən gündəmə gəlib.

Hər il olduğu kimi, bu Ramazanda da həm mənəvi tərəfi, həm də dəbli seçimi ilə adından söz etdirən Diva, iftar dəvətindəki görünüşü ilə böyük rəğbət qazanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki