Bursanın Osmanqazi rayonunda ata və qızının yaşadıqları evdə ölü tapılması böyük narahatlıq doğurub.
Referans Media xəbər verir ki, Ovaakça Çeşməbaşı məhəlləsi, 16-cı Yayla küçəsində yerləşən iki mərtəbəli evdə yaşayan 55 yaşlı Nazmi Aybey və 28 yaşlı qızı Kübra Aybey yaxınları tərəfindən hərəkətsiz vəziyyətdə aşkar edilib. Hadisə dərhal polis və 112 Təcili Tibbi Yardım xidmətinə bildirilib.
Hadisə yerinə gələn əməkdaşlar Nazmi Aybeyi çardaq mərtəbəsində, Kübra Aybeyi isə ikinci mərtəbədəki yatağında ölü vəziyyətdə tapıblar.
Növbətçi prokurorun hadisə yerində apardığı ilkin baxışdan sonra ata və qızın meyitləri Bursadakı Məhkəmə-Tibb Ekspertiza İdarəsinin morquna göndərilib.
Ata və qızın dəqiq ölüm səbəbi aparılacaq tibbi ekspertizadan sonra müəyyən ediləcək.
