Cabir İmanov sabah dəfn ediləcək – YENİLƏNİB

  Cabir İmanovun nəşi məsciddən Bilgəhdəki bağ evinə aparılıb. 

Referans “Unikal”a istinadla xəbər verir ki, əməkdar artistlə vida mərasimi sabah keçiriləcək.

Saat 12:30-da Cümə Məscidində cənazə namazı qılınacaq. Daha sonra mərhum aktyor Yasamaldakı Qurd Qapısı qəbiristanlığında dəfn olunacaq.

***  Əməkdar artist Cabir İmanovun nəşi təşrih üçün Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə aparılıb.

Referans-ın xəbərinə görə, Oxu.Az-ın əməkdaşı bildirir ki, daha sonra onun nəşi Əjdərbəy məscidinə aparılıb.

Qeyd edək ki, Cabir İmanov bu gün idman zalında infarkt keçirərək vəfat edib.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki