image-ceknorisbackend

Çak Norris vəfat edib

Məşhur amerikalı aktyor Çak Norris 86 yaşında vəfat edib.

Referans Media  xəbər verir ki, bu barədə “Variety” nəşri məlumat yayıb.

Çak Norris 10 mart 1940-cı ildə ABŞ-da anadan olub. Karyerasına karate üzrə çempion kimi başlayıb və bir neçə il ardıcıl dünya çempionu olub.

Daha sonra döyüş filmlərinə dəvət olunub və qısa zamanda aktyor kimi dünya şöhrəti qazanıb.

Onun ən tanınmış filmləri arasında “Əjdəhanın yolu”, “Missing in Action” və “Delta Force” var.

Xatırladaq ki, Çak Norrisin ötən gün Havaidə xəstəxanaya yerləşdirilməsi barədə xəbərlər yayılmışdı. Ailəsi bununla bağlı hər hansı bir məlumat açıqlamayıb.

“Bütün düya üçün o, döyüş sənəti ustası, aktyor və güc rəmzi idi. Bizim üçün isə – sədaqətli həyat yoldaşı, sevgi dolu ata və baba, inanılmaz qardaş və ailəmizin ürəyi idi”, – Çak Norrisin instaqram hesabında paylaşım edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki