Çayla birlikdə bu meyvəni qəbul edin – Ömrü 10 il uzadır

  Yeni araşdırma göstərib ki, uzun və sağlam ömrün sirri yalnız qidaların miqdarında deyil, həm də müxtəlifliyindədir.

Referans.az  xəbər verir ki, mütəxəssislər flavonoidlərlə zəngin qidaların – giləmeyvə, alma, portağal, üzüm və digər meyvələrin – xüsusilə çayla birlikdə istehlak edilməsinin ürək-damar xəstəliklərindən tutmuş 2-ci tip diabetə qədər bir çox xəstəlik riskini azaltdığını bildiriblər.

Araşdırmaya görə, gündə iki stəkan çay qəbul etmək ümumi ölüm riskini 16%, ürək-damar, diabet və tənəffüs xəstəlikləri riskini isə 10%-ə qədər azalda bilər.

Çayla birlikdə qəbul edilən flavonoidlər damarları genişləndirir, qan şəkərini balanslaşdırır və ömrü 10 ilədək uzada bilir./Milli.Az  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki