Cəfər Cabbarlının büstü restavrasiya ediləcək

  Mədəniyyət Nazirliyi Cəfər Cabbarlının “Azəbaycanfilm” kinostudiyasının həyətində yerləşən büstünün təmirə ehtiyacı olması məsələsinə münasibət bildirib.Referans.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq, Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Cəfər Cabbarlının büstü kinostudiyanın həyətində yaradılacaq “Kinopark”da mərkəzi bir mədəni-simvolik element kimi qorunacaq: “Layihənin mühüm komponentlərindən biri də Cəfər Cabbarlının heykəlinin restavrasiyasıdır. Restavrasiya zamanı abidənin ilkin bədii həlli və tarixi dəyəri qorunacaq, həm vizual, həm də konstruktiv baxımdan yenilənməsi təmin olunacaq”.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki