Cəlilabadda “Azərpoçt” maşını yol qəzasına düşdü – Xəsarət alan var

Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Referans Media “Unikal”a istinadla xəbər verir ki, hadisə köhnə Ələt-Astara avtomobil yolunun Cəlilabad şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Azərpoçt” MMC-yə məxsus avtomobil idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb. Hadisə nəticəsində sürücü xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki