Cəlilabadda bıçaqlanan məktəbli xəstəxanada öldü – YENİLƏNDİ

 Cəlilabad rayonunda məktəblilər arasında qətllə bitən hadisə ilə bağlı cinayət işi başlanılıb.

Referans xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Belə ki, yetkinlik yaşına çatmayan N.M-nin (şərti) təhsil aldığı tam orta ümumtəhsil məktəbində ölməsi faktı üzrə Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.  

Cəlilabad rayonunun Xəlilabad kəndində sinif yoldaşı tərəfindən bıçaqlandığı deyilən 11-ci sinif şagirdi K.İ. xəstəxanada dünyasını dəyişib.

Referans.az   Oxu.az-a istinadla xəbər verir ki, bıçaqlanan yeniyetmə Cəlilabad Rayon Mərkəzinə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

17 yaşlı oğlan həkimlərin səyinə baxmayaraq, xəstəxanada dünyasını dəyişib.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki