Cəlilabadda Nurəli Niftullayev idarə etdiyi “Opel” markalı avtomobillə hərəkət edərkən idarəetməni itirib və yol kənarındakı işıq dirəyini aşırdıb.
Referans Media Bizim.Media-ya istinadən xəbər verir ki, hadisə rayonun Muğan kəndində baş verib.
Nəticədə Muğan, Maşlıq və Söyüdlü kəndləri işıqsız qalıb.
“Azərişıq” ASC-nin əməkdaşları hadisə yerinə gələrək işıq dirəyini yenisi ilə əvəz ediblər və kəndə elektrik enerjisinin verilməsi bərpa edilib.
Faktla bağlı araşdırma aparılır.
