Referans Media xəbər verir ki, bu barədə “Çelsi” klubunun mətbuat xidməti məlumat yayıb.
MakKridinin futbolçu karyerası 1959–1973-cü illəri əhatə edib. O, daha çox 1962–1973-cü illərdə “Çelsi”nin heyətində çıxışı ilə tanınıb. London klubunda sol cinah müdafiəçisi mövqeyində 385 oyun keçirən MakKridi 5 qol vurub. O, “Çelsi” ilə birlikdə 1970-ci ildə İngiltərə Kubokunu qazanıb.
Şotlandiyalı futbolçu peşəkar karyerasına “İst Stirlinqşir” klubunda başlayıb. 1965–1969-cu illər aralığında Şotlandiya millisinin heyətində 23 matça çıxıb.
Oyunçu karyerasını başa vurduqdan sonra MakKridi məşqçilik fəaliyyətinə başlayıb. O, “Çelsi”, “Memfis Roqz” və “Klivlend Fors” klublarında baş məşqçi kimi çalışıb. 1979-cu ildə “Memfis Rogz”da işlədiyi dövrdə qısa müddətlik futbolçu karyerasını bərpa edib və bir oyunda meydana çıxıb.//publika.az























