Bu gün UEFA Çempionlar Liqasında 2025/26-cı illər mövsümünün Əsas mərhələsinin oyunlarına start veriləcək.
Referans.az xəbər verir ki, ilk turun görüşləri 3 günü əhatə edəcək. Hər oyun günündə 6 qarşılaşma baş tutacaq.
8 ildən sonra qitənin bir nömrəli klub turnirinə qayıdan Azərbaycan çempionu “Qarabağ”ın “Benfika”nın qonağı olacağı gündə bir sıra maraqlı matçlar keçiriləcək.
İngiltərə nəhəngi “Arsenal” İspaniyada Ağdam klubunun rəqiblərindən biri olan “Atletik”in qonağı olacaq. Hər zaman turnirin favoritlərindən biri olan “Real” “Marsel”i qəbul edəcək. İtaliya nəhəngi “Yuventus” doğma meydanda Almaniya təmsilçisi “Borussiya Dortmund” ilə qarşılaşacaq.
“Tottenhem” “Vilyarreal”ı sınağa çəkəcək. Niderland PSV-si isə Belçika”Royal Union”unu qəbul edəcək.
UEFA Çempionlar Liqası, 1-ci tur16 sentyabr20:45 Atletik – Arsenal23:00 Benfika – Qarabağ23:00 Real – Marsel23:00 Yuventus – Borusssiya D23:00 Tottenhem – Vilyarreal23:00 PSV – Royan Union
